Əhməd Vəhidi Bağdad Beynəlxalq Hava Limanına çatan zaman İraqın daxili işlər naziri Əbdüləmir əl-Şəmmari tərəfindən qarşılanıb.
İraqın yüksək vəzifəli şəxsləri ilə görüşüb söhbət etmək, İraqın qonşu dövlətlərinin narkotiklərlə mübarizə üzrə ikinci regional konfransında iştirak etmək, o cümlədən Ərbəin yürüşü mərasimi ilə bağlı məsələləri və mövcud imkanları dəyərləndirmək bu səfərin ən mühüm istiqamətlərdəndir.
Bu iki günlük səfər zamanı Vəhidi həmçinin bu regional konfransda iştirak edən ölkələrin nazirləri ilə regionda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə ikitərəfli əməkdaşlıq sahəsində danışıqlar aparacaq.
İraqın qonşu ölkələrin narkotiklərlə mübarizə üzrə ikinci regional konfransı bu gün - bazar ertəsi Bağdadda üzv dövlətlərin nazirlikləri və narkotiklərlə mübarizə polisi rəisləri, İran İslam Respublikası və Səudiyyə Ərəbistanı, İordaniya, Küveyt, Türkiyə, Misir, Suriya və Livan ölkələrinin iştirakı ilə keçiriləcək.
Sizin rəyiniz